İranda seçki qutusundan çıxan blütenlər hökuməti təəccübləndirdi – TARİXİ MESAJ

İranda rəsmi rəqəmlərə görə prezident seçkilərində seçici fəallığı 48,8 faiz olub.

Zafer Tv xəbər verir ki, seçicilərin seçimi ilə bağlı maraqlı məqam üz çıxıb. Məlum olub ki, seçicilərin 10 faizi etiraz məqsədi ilə “ağ səs” verib. Yəni qutuya boş blüten atıb. Bu təqribən 3,8 milyon səs deməkdir.

Təbriz Araşdırma mərkəzinin mütəxəssisi Babək Şahed bildirib ki, seçicilər bununla İranın hazırki sisteminə tarixi mesaj verib. Onun sözlərinə görə, türklərin sıx yaşadığı ərazilərdə seçici fəallığı 43-44 faiz olub. Tehranda isə əhalinin 70 faizi seçkidə iştirak etməyib.