Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmitlə birgə mətbuat konfransı keçirib.

Zafer Tv Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir Qarabağ münaqişəsi və Ermənistandakı seçkilərin önəmindən danışıb.

“Ermənistandakı seçkilərin nəticələrinin Qarabağdakı vəziyyətə təsiri barədə danışmaq hələ tezdir. Amma hesab edirik ki, hərbi əməliyyatları dayandıran birinci üçtərəfli bəyannamə, həmçinin, iqtisadi əməkdaşlığın, nəqliyyat blokadasının ləğvini nəzərdə tutan ikinci üçtərəfli bəyannamə məsələnin həllinə cəlb olunmuş bütün tərəflərin maraqlarına cavab verir”- deyə Lavrov deyib