Türkiyədə KÜRD partiyası qapadılır – Məhkəmə iddianaməni qəbul etdi – VİDEO

Türkiyədə kürdlərə məxsus Xalqların Demokratik Partiyasının (HDP) qapadılması ilə bağlı iddia Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.

Zafer Tv haberler.com-a istinadən xəbər verir ki, HDP-nin qapanması ilə bağlı irəli sürülən təkrar iddia məhkəmə tərəfindən qəbul edilib. Artıq rəsmi proses başlayıb.

Partiyanın bank hesablarının bağlanması ilə bağlı iddia isə qəbul edilməyib. İddianamə müdafiə üçün HDP-yə də göndərilib. Son qərarı isə 15 nəfərlik heyət çıxaracaq.