Azərbaycanın Xankəndidə ANTİTERROR əməliyyatı keçirməsi qaçılmazdır

Azərbaycanın Qarabağ bölgəsinin hal-hazırda rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, Xankəndi şəhərində yaşayan ermənilərin separatçı “lider” Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirməsinin arxasında əslində Robert Köçəryanın dayanması hər kəsə gün kimi aydındır.

Zafer Tv-ə açıqlamasında jurnalist Bəybala Mirzəyev qeyd edirki , Ermənistanda seçkiləri rüsvayçı şəkildə uduzan qatil Köçəryan indi də ehtiyat variant (“B” planı) kimi Xankəndində oturub möhkəmlənməyi və Paşinyana zidd siyasət yürütməyi düşünür.

Kifayət qədər məkrli plandır.

Bu Köçəryan kopoyoğlu belə asanlıqla silahı yerə qoymaq, öz xoşuyla siyasət səhnəsindən çəkilmək istəyən adama oxşamır. Əgər Paşinyan tezliklə bu müharibə canisini neytrallaşdıra bilməsə, Azərbaycanın Xankəndidə və ətraf ərazilərdə antiterror əməliyyatı keçirməsi qaçılmaz olacaq.
Bu əməliyyat Xankəndində “lövbər” salmış digər separatçıları da zərərsizləşdirməyimizə imkan verəcək.