“Öz ərazimizlə bağlı nəyisə Azərbaycandan soruşası deyilik” – Ermənistanın Baş Qərargah rəisi

Bu barədə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan bu gün jurnalistlərlə brifinqdə bildirib

“Rusiya sülhməramlılarının Qeğarkunik və Sünik sərhədlərinə, Zoddan Xəzinəvaradək yerləşdirilməsinə dair danışıqlar hələ də davam edir”.

Zafer Tv xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan bu gün jurnalistlərlə brifinqdə bildirib.

“Qəti bir qərar olduqda mütləq məlumat verəcəyik. Yekun qərar yalnız bizim istəyimizə bağlı, digər tərəflər də danışıqlarda iştirak edirlər”, – Davtyan deyib.

Jurnalistlərin Azərbaycan tərəfi ilə də danışıqların aparılıb-aparılmadığı ilə bağlı sualına isə Baş Qərargah rəsii belə cavab verib:

“Öz ərazimizdə Azərbaycandan soruşacaq bir şeyimiz yoxdur, Rusiya tərəfi ilə danışıqlar aparılır”.

Davtyanın sözlərinə görə, bu danışıqlar prosesinin məqsədi Azərbaycan hərbçilərinin “Ermənistan ərazisindən” çəkilməsini təmin etməkdir. /qazet.az/