Xankəndidə Arayik Arutyunyana qarşı etiraz aksiyası – “Rədd ol”

Xankəndidə ermənilər Arayik Arutyunyanın istefasını tələb edirlər.

Zafer Tv-nin news.am-a istinadla məlumatına görə, Xankəndidəki “Dirçəliş” meydanına toplaşan vətəndaşlar qondarma rejimin “prezident”i Arayik Arutyunyanın istefasını tələb edən etiraz mitinqi keçirib.

Mitinq iştirakçıları Arutyunyanın Qarabağ ermənilərinin iradəsini ifadə etdirmədiyini iddia edirlər.

Aksiya zamanı “sən və Paşinyan müharibə günlərində bizi aldatdınız, indi Qarabağ türklərin nəzarəti altındadır. Rədd olun” kimi şüarlar səsləndirilıib. /sfera.az/