Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Fəxri Xiyabanı ziyarət edib

Silahlı Qüvvələr Günü münasibəti ilə iyunun 25-də Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Fəxri Xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən Zafer Tv-ə verilən məlumata görə, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.