Pepe Avropa çempionatları tarixinə düşdü

Portuqaliya millisinin futbolçusu Pepe Avropa çempionatlarının tarixinə düşüb.

Zafer Tv Trend-ə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qocaman oyunçu olub. Pepe buna 38 yaş 121 günündə ikən Belçikaya 0:1 hesabı ilə uduzduqları 1/8 final oyununun start heyətində yer almaqla nail olub.

Avropa çempionatları tarixinin qol vuran ən yaşlı futbolçusu Avstriya millisinin sabiq üzvü İviça Vastiçdi. O, AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib.