Ukrayna: Rusiya ilə savaşda NATO-ya ümid etmək olmaz

Ukraynanın Rusiya ilə savaş zamanı NATO-nun yardımına ümid etməməsi lazımdır.

Zafer Tv xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general-mayor Vasili Vovk deyib. Onun sözlərinə görə, Ukrayna və ABŞ-ın birgə “Qara dəniz” təliminə NATO-ya qəbuldan imtinanın bonusu qismində baxmaq lazımdır:

“Bu, təlimlərdə iştirak edənlərin Ukrayna ilə birgə Rusiyaya qarşı döyüş fəaliyyətlərində iştirakına gətirib çıxarmayacaq”. /axar.az/