“Gəlin bu tarixləri “milli biabırçılıq günü” kimi qeyd edək…”

Konstitusiya günündə tanınmış ermənidən şok təklif:

“Gəlin bu tarixləri “milli biabırçılıq günü” kimi qeyd edək…”

Bu gün Ermənistanda 5 iyul – Konstitusiya günüdür və Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan özünün Facebook səhifəsində olduqca bədbin bir status paylaşıb və əvvəllər ermənilər üçün əhəmiyyətli sayılan bu cür milli bayramların 44 günlük müharibədən sonra öz dəyərini itirdiyini və indi onları qeyd etməyin mənasız olduğunu bildirib.

Sitat:
“Vaxt var idi Konstitusiya Gününün mənası vardı, onu qeyd etmək mənalı idi. Bu gün Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək? 2018-ci ildən etibarən bu tarixlər tədricən mənasını itirib.

Silahlı qüvvələr gününü – 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür. Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”.

Bəybala Mirzəyev