Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

Azərbaycanda yeni, erməni dilində də fəaliyyət göstərən Zinvor.info saytı fəaliyyətə başlayıb.

Zafer Tv xəbər verir ki, “Zinvor.info” saytının məqsədi erməni dilində hərbi məsələlərə dair dəqiq məlumat və təhlillər verməkdir.

Saytda Prezident İlham Əliyevin müharibə vaxtı və sonrasında səsləndirdiyi tarixi bəyanatlar, Qarabağ müharibəsi, Zəngəzur məsələsi, Zəngəzur dəhlizi barədə tarixi və siyasi analizlər, müharibə dövründə Azərbaycan Ordusunun qəhrəmanlığı barədə erməni dilində yazılar dərc olunur. Saytda Azərbaycan Ordusunun müharibə zamanı göstərdiyi şücaət barədə videoxronika təqdim olunub.

Qeyd edək ki, saytın iki dildə – Azərbaycan və erməni dillərində fəaliyyət göstərməsi planlaşdırılır.