Ermənistanın İstintaq Komitəsi Baqrataşen kəndi yaxınlığında avtomobildə quraşdırılmış qaz balonunun partlaması ilə bağlı video yayıb.
Zafer Tv xəbər verir ki, hadisənin ötən gün 15:10 radələrində qeydə alındığı bildirilib.
Məlumata görə, 35 yaşlı Vanadzor sakini “Mersedes Benz E-350” markalı avtomobili Baqrataşen kəndindən Gürcüstan sərhədinə doğru sürürərkən partlayış baş verib. Nəticədə sürücü yerindəcə ölüb. //axar.az//