Ermənistan MN-də kütləvi istefalar başladı

Arşak Karapetyanın Ermənistan Müdafiə Nazirliyinə təyinatından sonra sözügedən qurumda bir neçə vəzifəli şəxs istefa ərizəsi yazıb.

Zafer Tv xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Hazırkı nazir müavini bəzi şöbə müdirləri ilə münasibətlərini gərginləşdirib, hətta xoşagəlməz hadisələr yaşanıb. Həmin şəxslər onlara “qapı arxası” göstərilmədən nazirlikdən ayrılmağa qərar veriblər. Əsaslı tikinti, kadr və hərbi təhsil siyasəti şöbələrinin rəhbərləri, hüquq şöbəsi, eləcə də bir sıra tabe strukturların rəhbərləri artıq istefa ərizələri yazıblar”, – deyə məlumatda qeyd olunub. //axar.az//