Müğənni Şəbnəm Tovuzlu İnstaqramda aparıcı Vüsalə Əlizadə ilə fotosunu paylaşıb. O, paylaşıma “Toyumuz əladır. Əhvalımız isə lap əladır”.
Zafer Tv xəbər verir ki, ifaçının bu paylaşımı qəzəblə qarşılanıb. İzləyiciləri ona sərhəddə gedən atışmalar nəticəsində bir hərbçimizin şəhid olduğunu xatırladıb.

Məsələn, bir istifadəçi “Xəbəriniz varsa, sərhəddə atışma davam edir. Əsgərlərimizə dua edin” rəyini yazıb.
Digəri “Sərhəddə gərginlik davam edir, şəhidimiz var. Bunlar isə kefdədir” şərhini əlavə edib.
