“5-10 minə xarici alıb milliləşdirib oyunlara göndərirlər…” – Ekspertdən AÇIQLAMA

Azərbaycan Tokioda Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunur, ilk 24 saatda 10 idmançımız yarışlara başlayıb, onlardan 9-u uduzaraq yarışlardan kənar qalıb.

44 idmançıdan yarıya yaxını “legionerlərdir”, milliləşdirib Olimpiyadaya aparıblar. Çünki ölkədə uşaq idmanı bərbad vəziyyətdədir, məktəblər dağılıb, məşqçilər, mütəxəssislər çatışmır. Bilirsiz niyə?! Çünki son 30 ildə idman ancaq korrupsiya pulu ilə ayaqda qalıb, nazir-məmurlar milli idman federasiyaların rəhbərləri olub, onlar da büdcədən oğurladıqları, korrupsiya yoluyla əldə etdikləri ilə idmanı ayaqda saxlayıblar. İndi korrupsioner iri nazirlərin, məmurların, idman “şeflərinin” bir çoxu işdən çıxarılıb, idman yiyəsiz, pulsuz qalıb.

Olimpiyadaya cavabdeh olanlar isə məktəb yaratmağa, ənənə qurmağa pul xərcləmək istəmirlər, ona görə də “5-10 minə” xarici alıb milliləşdirib oyunlara göndərirlər. O legionarlərin isə nə bayrağa hörməti var, nə vətənə məhəbbəti. Ona görə də, üzgüçümüz üzmür, velosipedçimiz bir az sürüb sonra düşüb piyada gəzir, boksçumuz isə ilk görüşdəcə yerə ağ dəsmal atır – söhbətə bax e, Azərbaycanlı boksçu Lorenso Sotomayor. Nə isə…

P.S. İdmanda elə eybəcər sistem qurublar ki, bu gün bütün korrupsiya pullarını idmandan çəksək futbol çempionatında 2 komanda qalar, hər hansı bir idman növündə milli komanda qurub Olimpiyada bir qırağa, heç MDB ölkələri üzrə yarışlara gedə bilmərik…

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı.