Baxın, düşmənimiz bu qədər qəddardır… (VİDEO)

İctimai TV-nin efirində jurnalist Vüsalə Məmmədovanın müəllifi olduğu “Əsir düşərgəsi” layihəsinin ilk filmi yayımlanıb.

Zafer Tv xəbər verir ki, layihənin ilk filmi “Alça ağacının altındakı məzar”  adlanır. Film Azərbaycanın işğaldan azad edilən Ağdam rayonunda çəkilib.

28 il öncə Ağdam ermənilər tərəfindən işğal edilərkən 8 yaşlı Nicat düşmən gülləsinə tuş gələrək həyatını itirmişdi. Ermənilərə əsir düşən atası Xəqani, oğlunu son dəfə qucağına alaraq öz həyətlərindəki alça ağacının altında dəfn etmişdi. Atası Nicatın məzarını yalnız əsirlikdə olarkən bir dəfə və əsirlikdən qaçarkən ikinci dəfə ziyarət edə bilib.

Yalnız Ağdam işğaldan azad olunandan sonra yenidən evinə gedən Xəqaninin tək arzusu əlləri ilə torpağa tapşırdığı oğlunun məzarını ziyarət etmək idi. Lakin vəhşi, vandal ermənilərin törətdikləri insanlığa sığmayan cinayətlər Nicatın məzarından da yan keçməmişdi. Məzarı qazan ata gördükləri qarşısında dəhşətə gəldi.

Həmin filmi təqdim edirik: