Bayraqdarımız Olimpiadada mübarizəni dayandırdı – FOTO

Azərbaycanlı taekvondoçular Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Zafer Tv Oxu.Az-a istinadən xəbər verir ki, bayraqdarlarımızdan biri olan Fəridə Əzizova (-67 kq) ilk görüşündə Peyc Makfersona 5:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Rio Olimpiadasının mükafatçısı Milad Beiqi isə qələbə qazanıb. O, Liu Vey-Tinqə (Tayvan) 15:11 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.