Deputatlar harada istirahət edir?- SORĞU

İsti yay günlərində hər kəs mümkün qədər istirahət etməyə, daxildə, yaxud xarici ölkələrdəki turizm istirahət zonalarına getməyə üstünlük verir. Bəs görəsən yay tətilini Milli Məclisin deputatları necə və harada keçirirlər? İyulun 15-dən etibarən yay tətilinə çıxan parlamentarilərimiz ölkə daxilində, yoxsa xaricdə istirahət etməyə üstünlük verirlər? Bu məqsədlə Milli Məclisin bir neçə deputatı arasında qısa sorğu keçirdik.

Deputat Nəsib Məhəməliyev bildirib ki,  hazırda deputat kimi təmsil etdiyi rayondadır və millət vəkili yay tətilini ailəsi ilə birlikdə ölkə daxilində keçirəcək: “Ümumiyyətlə, əvvəlki illərlərdən fərqli olaraq xarici ölkələrdə istirahət etməyə səy göstərmirəm. Xüsusilə da, pandemiya şəraitində ümumiyyətlə getmək istəmirəm”.

Bir bir və ya daha çox şəxs və kostyum şəkili ola bilər

Millət vəkili Cavanşir Paşazadə də bir qayda olaraq yay tətilini daxildə keçirməyə üstünlük verir. Cavanşir Paşazadə deyib ki, övladları, nəvələrinin ətrafında istirahət etmək onun üçün daha xoşdur: “Bildiyiniz kimi mən cənub zonasındanam və respublikanın əksər bölgələrində olduğu kimi, cənub zonasında da yaxşı infrastruktura malik gözəl turizm istirahət mərkəzləri mövcuddur. Düşünürəm ki, xarici ölkələrə gedib əlavə pul xərcləməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın daxiində də kifayət qədər gəzməli-görməli yerlərimiz var. Yay tətili müddətində respublikanın digər bölgələrinə də getməyi düşünürük. Hələlik isə qeyd etdiyim kimi cənub zonasında, öz ata-baba evimdə doğmalarımın ətrafında istirahət edirəm”.

Millət vəkili həmçinin turizm-istirahət mərkəzləri, otel və mehmanxana sahiblərinə qiymətləri çox baha etməməyi də tövsiyə edib. Cavanşir Paşazadə bildirib ki, həmin obyektlərin sahibləri qiymətləri hər bir vətəndaşımızın yararlana biləcəyi səviyyədə etməlidir: “Turizm müəssisələri, otellərdə qiymətləri çox da yüksək etmək olmaz”.

Deputat yay tətitli müddətində istirahət etməklə yanaşı, seçicilərinin problemləri, qayğıları ilə də maraqlandığını deyib: “Bildiyiniz kimi mən 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Milli Məclisin deputatı seçilmişəm. Hər zaman olduğu kimi yay tətili müddətində də seçicilərimin müraciətləri, qayğıları ilə maraqlanır, onların həllinə çalışıram. Hesab edirəm ki, bizim üçün ilk olaraq seçici məmnunluğudur”.

Bir 1 nəfər şəkili ola bilər

Deputat Azər Badamov da istirahətini parlamentdə təmsil etdiyi Qusar rayonunda keçirir.  O bildirib ki, başqa harasa getməyi düşünmür: “Xaricə getməyi də düşünmürəm. Pandemiya davam edir. Ona görə də hamı səfərlərdən uzaq olmalı, maksimum az gəzməyə çalışmalıdır”.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Deputat Cavid Osmanov isə deyir ki, tətil müddətində də daha çox işləməyi nəzərdə tutur: “Çünki işləimiz çoxdur. Bu səbəbdən istirahətə də daha az zaman ayırmalı olacam. Bu müddət ərzində Bakıda və Ağdaşda daha çox olacam”.

Bir 1 nəfər şəkili ola bilər

Millət vəkili Əminə Ağazadə bildirib ki, əvvəlki illərdə adətən tətili xarici ölkələrin birində keçirməyə üstünlük verdiyi halda, pandemiya səbəbindən artıq bununla bağlı planlara yenidən baxmaq məcburiyyətindədir: “Yerli turizm məkanlarından istifadə etməyi nəzərdə tutmuram. Azərbaycan mənim üçün dünyanın ən gözəl guşəsidir, ən gözəl təbiət mənzərələri, ən dadlı təamlar bizim torpaqdadir. Amma təəssüf ki, nə xidmət, nə göstərilən xidmətə görə qiymətlər ürəkaçan deyil. Biz bu sahədə mövcud standartlardan xeyli geri qalırıq. İkincisi, yay tətili başlasa da, təmsil etdiyim regionla bağlı həllini gözləyən kifayət qədər məsələlər var. Tətildən istifadə edərək bu istiqamətdə mümkün qədər səmərəli çalışmaq fikrindəyəm”.

Bir 1 nəfər və standing şəkili ola bilər

Səbinə Xasayeva da digər həmkarları kimi yay tətilini ölkə daxilində keçirməyə üstünlük verir.

May be a closeup of 1 nəfər

Deputat İlham Məmmədov isə deyib ki, yay tətili müddətində heç vaxt ölkədən kənara çıxmağa üstünlük vermir. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə kifayət qədər gəzməli-görməli yerlər, turizm istirahət məkanları var və həmin yerləri gəzib onlardan zövq almaq kifayət edir: “Yay tətili müddətində bir qayda olaraq Azərbaycanda istirahət edirəm. Əsasən isə deputat seçildiyim Yevlax rayonunda oluram. Çünki tətil bizim üçün seçicilərimizlə görüşmək, onların problemlərini, qayğılarını dinləmək baxımından əlavə fürsətdir. Eyni zamanda mən Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri olduğum üçün də daha çox rayonda olmağa üstünlük verirəm. İmkan yarandıqca da Yevlaxa yaxın olan rayonlara üz tuturam. Eyni zamanda Bakıda olarkən Xəzər dənizi sahilinə baş çəkməyi çox xoşlayıram”.

İlham Məmmədov onu da bildirib ki, eyni zamanda tətil müddətində tarixi filmlər izləməyə, kitab oxumağa üstünlük verir.

Deputat onu da deyib ki, Azərbaycanın şəhər və rayonlarının işğaldan azad edilməsi ölkə turizminin inkişafına təkan verəcək: “Qarabağın o qədər gözəl təbiəti, əsrarəngiz mənzərəsi, turizm zonaları var ki, həmin gözəllikləri duymaq, görmək üçün insanlarımıza gələcəkdə həmin ərazilərə səfər etməyi, cənnət məkan Qarabağın əsrarəngiz təbiətindən zövq almağı tövsiyə edirəm. 30 il həsrətində olduğumuz Qarabağın havasını doyunca ciyərlərimizə çəkib, onun bulaqlarından içməliyik”.  //olaylar//

Bir 1 nəfər şəkili ola bilər