“Yeni ailə quranlara vaksinasiya tövsiyə olunmur” – TƏBİB

“Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb”.
Zafer Tv xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, yeni ailə quranlara vaksinasiya tövsiyə olunmur: “Uşaq planlamadan öncə də peyvənd etdirmək məsləhət deyil”.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur və bütün vaksinləri Bakıda vurdurmaq olar:

“Bütün regionlarda hətta səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur: “Yaxın zamanlarda digər ərazilərdə də bütün vaksin növlərinin isifadəsi əlçatan olacaq. Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub. Bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər”.