Bakı ilə Moskva arasında ixtilaf artır – Bəs Kreml nədən QORXUR? – AÇIQLAMA

“Kreml rəsmi Bakının siyasətindən narazıdır və Jirinovski növbəti təxribatçı açıqlaması ilə Rusiya hakimiyyətinin sifarişini yerinə yetirib”.

Zafer Tv xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, rəsmi Bakı Qarabağdakı rusiyalı hərbçilərin 5 illik varlığını “müvəqqəti” sözüylə ifadə edir: “Bu o deməkdir ki, 4 ildən sonra (5 illik müddətin 1 ili artıq arxada qalmaq üzrədir) rusiyalı hərbçilərin Qarabağı tərk etməsi aktuallaşacaq. İndinin özündə də, bu fəaliyyət Azərbaycanda ciddi narahatlıq yaradır. Birincisi rusiyalı hərbçilər Qarabağdakı erməni separatçılarını tərksilah etmir və onlarla müxtəlif iqtiqamətlərdə əməkdaşlıqlarını həyata keçirir. İkincisi rusiyalı hərbçilər Qarabağa daha çox erməninin qayıdışını təmin etmək məqsədilə orada yaşayış yerləri və iaşə obyektləri tikirlər, Rusiyadan ev heyvanları gətirirlər və sairə. Əlbəttə, rəsmi Bakı Qarabağda erməni əhalisinin yaşamasının əleyhinə deyil. Ancaq əgər Qarabağda yaşayan ermənilər separatçılara tabe olub Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəklərsə, onların Azərbaycan torpaqlarını tərk etməsi aktuallaşacaq. Rusiya hərbçiləri isə bunun əksinə olaraq Qarabağda Azərbaycan qanunlarına tabe olmayan ermənilərin sayını artırmağa çalışırlar. Ona görə də bu məsələdə Bakı ilə Moskva arasında fikir ixtilafı getdikcə gərginləşəcək”.

ATƏT sədrinin Bakıya gəlişi “növbətçi səfərlər”in davamıdır” – Elxan Şahinoğlu – Yenicag.Az

Politoloqun sözlərinə görə, bundan başqa rəsmi Bakı hələ işğal altında olan məntəqələrin geri qaytarılmasını və həmin məntəqələrə azərbaycanlıların geri dönüşünü təmin etməlidir: “Misal üçün azərbaycanlıların yaşadığı Şuşanın əksər kəndi və Xocalı rayonunun bir hissəsi işğal altındadır. Bu işğala da son qoyulmalıdır. 10 noyabr Bəyanatına görə Rusiya hərbçiləri həmin kəndlərin, o cümlədən Xocalı rayonunun tamamının Azərbaycanın müvafiq strukturlarının nəzarətinə qaydışını təmin etməlidir. Rusiya hərbçiləri bunu təmin etməsələr, Azərbaycan ordusu müvafiq addımlar atmaq məcburiyyətində qalacaq. Aydındır ki, Bakının bu planları Moskvanın xoşuna gəlmir. Ona görə də yenə Vladimir Jirinovskini irəli sürüb, onun təxribatçı diliylə Azərbaycanı hədələyir. Jirinovskinin Azərbaycan əleyhinə keçmiş təxribatçı açıqlamaları cavabsız qalıb. Bu dəfə mütləq cavab verilməliydi və bununla Jirinovskinin sahiblərinə mesaj göndərilməliydi ki, Qarabağda bizi təhdid edə bilməzsiniz və Qarabağda planlaşdırdığımız çalışmaları davam edəcəyik”.