Ermənilər hərbi maşınımızı vurub? – Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Zafer Tv -ə bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.