Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı YENİ QƏRAR: Qaydalar dəyişdi

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Zafer Tv xəbər verir ki, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

– Almaniya Federativ Respublikası;

– Avstriya Respublikası;

– Belçika Krallığı;

– Çexiya Respublikası;

– Danimarka Krallığı;

– İrlandiya Respublikası;

– İspaniya Krallığı;

– İsveç Krallığı;

– İsveçrə Konfederasiyası;

– Kanada;

– Lüksemburq Böyük Hersoqluğ

– Malta Respublikası;

– Niderland Krallığı;

– Polşa Respublikası;

– Portuqaliya Respublikası;

– Serbiya Respublikası;

– Sinqapur Respublikası;

– Sloveniya Respublikası;

– Slovakiya Respublikası;

– Yunanıstan Respublikası.