İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri də Basarkeçərə SƏFƏR edib.

Səfirlərin oyunu…

Ermənistandakı xarici səfirlər Kəlbəcər istiqamətindəki sərhədi su yoluna döndərməyə başlayırlar.

İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri də Qeqarkunikə (Basarkeçər) səfər edib.

İranlı diplomat erməni hərbçilərin müşayiətilə Kəlbəcər rayonu ilə sərhəddə yerləşən Basarkeçər rayonunun Yuxarı Şorca kəndində gəlib. Səfir Azərbaycan Ordusunun mövqelərini müşahidə edib.

Niyə?

Bax, hələlik bu “niyə”nin cavabı yoxdur.

Abbas Zahurinin bu addımı nəyə görə atması barədə Ermənistan KİV-lərində də yetərli məlumat verilməyib.

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Kəlbəcər sərhədinə gəlməsinin səbəbini bildik. ABŞ bu arada Fransaya qoşularaq Ermənistana qahmar çıxmağı, Azərbaycana təzyiq göstərməyi, Minsk Qrupunu yenidən prosesə soxmağı və bölgədə Ermənistan üzərindən Rusiya ilə rəqabət aparmağı qərara alıb. Bir sözlə, ABŞ hazırkı epizodda Ermənistanın yanında yer alıb.

Bəs İranın qərarı nədir, məqsədi nədir? İran öz səfirini Azərbaycan-Ermənistan sərhədindəki məlum gərginlik ocağına göndərməklə nəyə nail olmaq istəyir və ya kimin yanında yer alır?

Beybala Mirzəyev