Hər kəsin gözlədiyi xəbər: Türkiyədə yanğın bölgəsinə güclü yağış yağacaq

Bir həftədən çoxdur fərqli bölgələrdə meşə yanğınları ilə mübarizə aparan Antalyada şənbə günü göy gurultulu, leysan gözlənilir.

Zafer Tv xarici KİV-lərə istinadən bildirir ki, yağışın elə həmin gün də ərazini tərk edəcəyi təxmin edilir. Xatırladaq ki, turizm bölgəsi olan Antalya təxminən bir həftədir meşə yanğınları ilə mübarizə aparır. İlk olaraq Manavgat mahalında 4 fərqli bölgədə başlayan meşə yanğınları daha sonra Akseki, Alanya və Gündoğmuş rayonlarında başlayıb. Yanğınların çoxu nəzarətə götürülüb.

Digər ərazilərdə davam edən yanğınlara hava və quru müdaxilələri davam edir. 4 -cü Regional Meteorologiya Müdirliyi şənbə günü Antalyada göy gurultulu leysan yağacağı gözlənilən müjdəni paylaşıb.

Proqnoza görə, cümə günü Antalyada hava istiliyi 10 dərəcəyə yaxın enəcək. Hava istiliyinin dəyərləri bu gün 43 dərəcəyə yüksələrkən, yağış yağacağı gözlənilən şənbə günü 32 dərəcəyə enəcək. Bazar günündən etibarən hava istiliyinin yenidən yüksələcəyi gözlənilir.

İctimairey.Az