Türkiyədə qorxulan oldu: İstilik Elektrik Stansiyası belə partladı – FOTOLAR

Türkiyənin Muğla bölgəsində meşə yanğınları Kəmərköy İstilik Elektrik Stansiyasına çatıb.

Zafer Tv bildirir ki, Milasda yerləşən Kəmərköy İES-in qarşısında xəndək qazılsa da, görülən tədbirlər effektsiz olub. Belə ki, ötən gün İES-in bağçasına düşən yanmış şam qozası yanğına səbəb olub. Yanğına ərazidəki işçilər müdaxilə edib.

Buna baxmayaraq, gecə saatlarında elektrik ötürücü tellərdən qığılcımlar düşməyə başlayıb və həyəcan siqnalı çalınıb. Dərhal sonra partlayış baş verib və bölgədə elektriklər kəsilib. Hadisədən sonra təhlükəsizliyin təmin edilməsi məqsədilə, vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Hadisə yerindən gələn ilk görüntüləri təqdim edirik:

Sfera.az