Peyvənd olunmayanların pensiyası kəsiləcək?

Peyvəndlənməyə laqeyd yanaşanların xalq qarşısında məsuliyyət daşımalı…

Peyvənd olunmayanların aylıq məvaciblərinin kəsiləcəyi və pensiyalarının dayandırlacağı ilə bağlı informasiya əsassızdır.

Zafer Tv xəbər verir ki, bu sözləri millət vəkili Məlahət İbrahimqızı Teleqraf.com-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, peyvəndlənməyən şəxslərin yalnız toy və digər tədbirlərdə iştirakı məhdudlaşdırıla bilər.

M.İbrahimqızı həmçinin peyvəndlənməyə laqeyd yanaşanların xalq qarşısında məsuliyyət daşımalı olduğunu da əlavə edib.