Rusiya Ermənistan ordusunu modernləşdirmək istəyir – Şoyqu AÇIQLADI

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü Moskvada Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşüb. 

Zafer Tv Unikal.org -a istinadən xəbər verir ki, görüş zamanı Rusiya müdafiə nazirliyinin Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatlarında kömək etməyə hazır olduğu bildirilib.

“Hərbi əməkdaşlığımızı həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində inkişaf etdirməyə böyük əhəmiyyət veririk. Biz də Ermənistan silahlı qüvvələrində islahat proqramının həyata keçirilməsinə kömək göstərməyə davam etməyə hazırıq. Bu, çətin bir işdir, amma təcrübənizlə öhdəsindən gələcəyinizə inanıram “, – deyə Rusiya MN S.Şoyqu bildirib.

Rusiyanın müdafiə naziri bildirib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası yaxşı təchiz olunub və sabitliyin qarantıdır:

“Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır və biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq”.