Acın acımızdır, Türkiyə!

Qardaş Türkiyə yanğınlar bitər-bitməz, indi də sel fəlakəti ilə üz-üzə qalıb. Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə acı xəbərlər gəlməkdədir. Artıq Kastamonu, Bartın və Sinop əyaləti təbii fəlakət zonası elan edilib. Bu fəlakət nəticəsində həyatını itirənlər, evləri dağılanlar, xəsarət alanlar da var. Biz bu acı xəbərləri böyük bir kədər hissilə qarşıladıq.

Türkiyə üçün dua edirik və inanırıq ki, bu günə qədər istər dağıdıcı zəlzələlərin baş verdiyi məqamlarda, istərsə də yanğınların gedişində olduğu kimi bu sel hadisəsində də Türkiyə dirəniş göstərməyi, toparlanmağı, fəlakətin ağır nəticələrini aradan qaldırmağı bacaracaq.

Acın acımızdır, Türkiyə! Biz sel fəlakətində həyatını itirənlərin ailələrinə və bütövlükdə qardaş türk xalqına dərin hüznlə başsağlığı verir, “başınız sağ olsun” deyirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri