Ordumuzun hərbçisi sülhməramlıların nəzarətində olan əraziyə keçdi (RƏSMİ)

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə ZaferTv.Az -a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.