ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı bir neçə ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq.

Bu barədə Zafer Tv “Report”a istinadən xəbər verir.

“Qarşıdakı üç ay pandemiyaya hazırlıq və reaksiyanın formalaşması üçün əhəmiyyətli kritik dövr olacaq”, – o deyib.

Tedros Adanom Qebreyesus xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasının sessiyası başlayacaq, həmçinin “Böyük iyirmilik” sammiti, sonra isə noyabrda ÜST-ün xüsusi sessiyası keçiriləcək. Bu tədbirlərdə pandemiya, koronavirusa qarşı mübarizə mövzusu geniş müzakirə ediləcək.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat öz sıralarında 194 ölkəni birləşdirərək unikal qlobal mandata malikdir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support