Azərbaycan ordusu yolu AÇMAQDAN İMTİNA ETDİ: Bakı bu tələbi irəli sürdü

“Azərbaycan tərəfi Qafan-Gorus yolu ilə bağlı ermənilərlə danışıqlardan imtina edib”.

Zafer Tv  xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı məsələ ilə bağlı açıqlama verərkən bildirib. Mətbuatda yayaılan məlumatlara görə, Azərbaycan tərəfi danışıqlarda rus sülhməramlılarının komandanlığının da iştirakını tələb edib. Lakin Rüstəm Muradov da hazırda məzuniyyətdədir.

“Rusiya sülhməramlıları ermənilərə söz veriblər ki, yol açılacaq. Lakin ermənilərin alternativ yoldan istifadə etmək üçün hərəkətə keçməsi istəklərinə hələki nail olmadığını göstərir: əsas hissəsi torpaq olan alternativ yola yük maşınını salıblar, əgər yük maşını keçə bilsə, digər maşınlar da bu istiqamətə yönləndiriləcək; alternativ yolun tam istifadə verilməsi ilin sonundan tez mümkün deyil.

Yolun açılacağı istisna deyil: Prezident İlham Əliyev də Azərbaycan ərazisinə düşən yoldan isifadəyə imkan yaratmağımızı əməkdaşlıqda maraqlı olduğumun nümunəsi kimi göstərmişdi.

Azərbaycan bir gedişlə Ermənistan üzərindəki təsir imkanlarını göstərmiş oldu: İrəvan Bakının tələblərini yerinə yetirməsə, çətinlik yaşamağa davam edəcək”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support