Vaksinasiyadan sonra xəstəliyi niyə ağır keçiririk? – İnfeksionistdən açıqlama

Son zamanalar koronavirus əleyhinə peyvənd olunan şəxslərdə vaksindən sonra ağırlaşmaların, yoluxma olduğu təqdirdə isə xəstəliyin ağır keçməsi kimi halların olduğu bildirilir.

Nəzərə alsaq ki, vaksin yoluxma zamanı ağırlaşmanın qarşısını alır, bu zaman ağırlaşma olması ilə bağlı iddialar narahatlıq yaratmaya bilməz.

Zafer Tv xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Aytən Cavadova vaksindən sonra xəstəliyin yüngül keçməsi üçün 14 gün aralığın zəruriliyini bildirib:

“Vaksinasiyadan minimum iki həftə keçməlidir ki, koronavirusa yoluxma olarsa, xəstəlik yüngül keçsin. Bir dozanı qəbul edən şəxslərdə qoruyucu immunitet yaranmadığı üçün koronavirusun ağır keçmə ehtimalı var.

Vaksinin yan təsirləri və əks göstərişləri var. Vaksinə əks göstərişi olan xəstəliklər var ki, bunu da həkim müayinəsi əsasında bilmək olur. Yan təsirlər kimi isə ağırlaşmaların olduğu deyilir. Ağırlaşma dedikdə, anastasik şoku nəzərdə tuturlar. Lakin bu vəziyyət digər xəstəliklərdə də olur. Anastasik şokun olmasi az hallarda müşahidə edilir. Bu səbəbdən biz vətəndaşlara peyvənddən sonra 30 dəqiqə müddətində kabinetdə qalmağı tövsiyə edirik. İndiyədək peyvənddən sonra ciddi ağırlaşmanın olması ilə bağlı müraciət daxil olmayıb”.

İnfeksionist vaksindən sonra koronavirusa yoluxan şəxslərin müalicə prosedurundan da danışıb:

“Biz hər xəstəyə individual yanaşırıq. Yəni, hər xəstənin standart müalicəsi yoxdur, orqanizmi sorğulamaq lazımdır. Əgər şəxs vaksindən sonra koronavirusa yoluxursa, həkim müayinəsi ilə bol maye qəbul etməklə və vitaminli qidalardan istifadə ilə xəstəliyi ötüşdürə bilər. Lakin yanaşı xəstəliklər sorğulanmalı, risk amilləri nəzərə alınmalıdır”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support