Sabiq icra başçısına yeni vəzifə verilib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib. 

Zafer Tv Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.

Musa Musayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.

Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support