Qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi mənəvi borcumuzdur

Qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi mənəvi borcumuzdur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədovun torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərarı imzalamasını və qərara əsasən, respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Milli Qəhrəmanlar və Vətən Müharibəsi Qəhrəmanlarının adlarının verilməsini təqdir edirik.

Bu çox gözəl təşəbbüs və addım oldu. Şəhid ailələri, Milli Qəhrəmanların doğmaları, qazilər bu addımı isti qarşıladılar. Şəhidlər və qəhrəmanlarımızın xatirəsi üçün nə etsək də azdır. Onların adlarının məktəblərə verilməsi böyüməkdə olan uşaqlara və gənc nəslə də örnək olacaq. Şagirdlərimiz, gənclərimiz vətənpərvərliyi real qəhrəmanlarımızın nümunəsi əsasında əxz edəcəklər.

Sözügedən qərarın verilməsi həm də “Şəhidlər ölməz, Vətən bölünməz” inancımızın əyani təsdiqidir. Biz onların adlarını əbədiləşdirmək və Vətən yolundakı şücaətlərini təbliğ etmək üçün bundan sonra bu cür təşəbbüsləri davam etdirməliyik. Bu istiqamətdə görülən işlər eyni zamanda milli həmrəyliyimizin təmin edilməsinə xidmət edir.

Milli Həmrəylik Partiyasının sədri

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support