Bugün Azərbaycan Pedaqoji Universitetində 44 Günlük Yol Adlı Möhtəşəm Tədbir Keçirilib

Bugün Azərbaycan Pedaqoji Universitetində 44 Günlük Yol Adlı Möhtəşəm Tədbir Keçirilib.

1 il öncə 8 noyabr tarixində Azərbaycanı ən yeni zəfərlərlə bəzənmiş,Şanlı Tariximizi yazan, Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəhayət ki,öz bəhrəsini verir.

44 günlük yol adlı tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı Laçın Həsənovanın çıxışından sonra söz Respublika Şəhid ailələrinə qayğı cəmiyyətinin sədri Əliyev Müşfiq Ənvər oğluna verilib. Birinci Qarabağ müharibəsində başına gələn maraqlı hadisələrdən də söz açıb.İkinci Qarabağ müharibəsində 44 gün ərzində cəbhədən geri çəkilməyən əsgərlərimizin daimi yanında olan Müşviq bəydən sonra Qazilərimiz əsgərlərimizin fədəkarlıqlarından danışıb. şəhidlərimizi ehtiramla yad ediblər. Sonda Azərbaycan Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekan müavini Anar Fərmayılova qazilərimizə təşəkkürünü edərek onlara ən ülvi arzularını bildirib.