Milli Həmrəylik Partiyasından Konstitusiya Günü ilə bağlı təbrik

Bu gün ölkəmizdə Konstitusiya Günü qeyd olunur.

12 noyabr – əsas qanunumuzun qəbul edildiyi gündür. Bu gün Ana Yasamızın – Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Müstəqil Azərbaycanımızın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

Konstitusiyanın qəbulu heç şübhəsiz ki, müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Və bu il ölkəmizdə Konstitusiya Günü ilk dəfədir ki, tam fərqli əhval-ruhiyyədə qeyd olunur. Biz bu il Konstitusiya Gününü azad Qarabağımızla birlikdə qeyd edirik. Ötən ilin payızında – 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında tarix yazaraq ərazi bütövlüyümüzü bərpa edib, 30 il davam edən tarixi ədalətsizliyə son qoyub.

Milli Həmrəylik Partiyası hər bir vətəndaşımızı 12 noyabr – Konstitusiya Günü münasibətilə təbrik edir və öz hüquqlarından səmərəli istifadə edilməsində, öz arzularını həyata keçirməkdə hər kəsə uğur diləyir.

Azərbaycan hamımızın ümumi evimizdir. Bu evin rifahı və xoşbəxt gələcəyi milli birliyimizdən və həmrəyliyimizdən asılıdır. Konstitusiyamız da hamımızı bir çətir altında birləşdirən təməl dəyərlərimizdən biridir.

Konstitusiya Gününüz mübarək olsun, dəyərli həmvətənlər!

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support