“Sukanal” Elmi – Tədqiqat və Layihə İnstitutuna ağır itki

Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna ağır itki üz vermişdir. İnstitutun Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsinin Aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Quliyev Rasim Kamil oğlu 2021-ci il dekabrın 8-də vəfat etmişdir.

Rasim Quliyev 1950-ci il fevralın 28-də Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək “SUGEO” Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun Bakı filialında əmək fəaliyyətinə başlamışdır.

Sonralar “Azərenerjitikinti” trestində, “Azərkəndsuçəkilişi” İstehsalat İstismar Birliyində müxtəlif vəzifələrdə, “Bakı su kəməri” İdarəsinin rəisi, Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin “Kommunsənaye­sutəchizatı” İstehsalat İstismar Birliyinin baş direktoru – Kommunal Təsərrüafatı Nazirinin müavini, Abşeron Regional Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini icra edən və digər məsul vəzifələrdə çalışmışdır.

2011-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində, 2018-ci ildən ömrünün sonunadək “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda öz səmərəli əmək fəaliyyətini uğurla davam etdirmişdir. İnstitutun istehsalat fəaliyyətində və gənc mütəxəssislərin inkişafında onun böyük zəhməti olmuşdur.

Təcrübəli mütəxəssis və gözəl insan Rasim Quliyevin əziz xatirəsi “Sukanal” ETLİ kollektivinin qəlbində daim yaşayacaqdır.