MHP sədri dövlət başçısını doğum günü münasibətilə təbrik etdi

MHP sədri dövlət başçısını doğum günü münasibətilə təbrik etdi

Milli Həmrəylik Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiyanın sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli Prezident!

Sizi doğum gününüz, 60 illik yubileyiniz münasibətilə həm öz adımdan, həm də Milli Həmrəylik Partiyasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, Sizə sağlam və uzun ömür arzulayır, dövlət başçısı kimi və Ali Baş Komandan kimi qarşıdakı fəaliyyət dönəminizdə yeni-yeni uğurlara imza atmağınızı diləyirəm.

Siz son 18 il ərzində həqiqətən də hər bir azərbaycanlının prezidenti olmağı, milli həmrəyliyimizin bu günü və gələcəyi naminə çox önəmli işlər görməyi, millətimizin gücünü toparlamağı və onu əsas hədəflərimizdən biri olan Qarabağımızın işğaldan azad edilməsinə yönəltməyi, tarixmizə Zəfər səhifəsini əlavə etməyi bacardınız.

44 günlük Vətən müharibəsində Siz milli birliyin, həmrəyliyin Azərbaycan nümunəsini dünyaya təqdim etdiniz, hamımızı bir bayraq altında, Dəmir Yumruq kimi birləşdirdiniz. Bizim həmrəyliyimizin ən böyük sınaq anı məhz 44 günlük savaş idi. Siz mübariz xalqımıza, rəşadətli Ordumuza bu ağır sınaq günlərində inamla liderlik, komandanlıq edərək Azərbaycanımızı Zəfərə doğru apardınız. Bu Zəfərimizin tarixi əhəmiyyəti, mənəvi-psixoloji anlamda müsbət nəticələri barədə hələ bundan sonra çox danışılacaq, çoxlu kitablar yazılacaq. Məhz bu Zəfərin sayəsində, şəhidlərimizin və qazilərimizin fədakarlığı nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, biz məcburi köçkünlərin yurd həsrətimizə də son qoyuldu. Sizin başlatdığınız Böyük Qayıdış kampaniyasının uğurla gerçəkləşdirilməsindən sonra inşHamısıah yurd yerlərimizə qayıtmaq arzularımız da çin olacaq.

Bu gün Sizin 60 yaşınız tamam olur. 60 yaş insan ömrünün ən bərəkətli çağıdır. Prezidentlik missiyasını daşıyan bir insan üçünsə 60 yaş həm də zəngin təcrübə, yeni hədəflər yaşıdır. Siz bu yubiley yaşınıza ömrünuzün və siyasi karyeranızın ən vacib işlərindən birinə – Qarabağımızı azad etməyə nail olmaqla gəlib çatmısınız. Bu, həqiqətən də çox möhtəşəm nəticədir. Qarşıda isə hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var. Bizi – bütün dünya azərbaycanlılarını məhz milli birlik, həmrəylik sayəsində fəth olunacaq yeni strateji zirvələr, böyük hədəflər gözləyir.

İndi Azərbaycanın həyatında yeni dönəm – postmüharibə dönəmi başlayır. Bu dönəm həm də quruculuq və iqtisadi yüksəliş dönəmidir. Biz Milli Həmrəylik Partiyası olaraq Sizə bu istiqamətdə görəcəyiniz işlərdə uğurlar diləyir və öz dəstəyimizi ifadə edirik. Güclü Azərbaycan, Bütöv Azərbaycan naminə atdığınız hər bir addımınızda biz Sizin yanınızdayıq! Azərbaycan naminə, Türk dünyası naminə görəcəyiniz bütün işlərdə Tanrı yardımçınız olsun!

Yubiley ilinizdə fürsətdən istifadə edib Sizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirəm. Uğurlar, cənab Prezident!

Hörmətlə,
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının sədri”

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support