Elçin Məhərrəmov yeni mahnı oxudu

“Müğənnilərlə bağlı şikayətim var. Mahnı istədikləri zaman endirim də istəyirlər, edirəm! Söz verirlər ki, reklam edəcəklər. Sonra möcüzəli şəkildə yadlarından çıxıram”.

Zafer Tv xəbər verir ki, bu sözləri bəstəkar Elçin Məhərrəmov mediaya yaydığı açıqlamada deyib.

Sənətçinin sözlərinə görə, onun mahnı təqdim etdiyi ifaçılar vədlərinə əməl etmirlər:

“Əməkdaşlıq etdiyimiz zaman söz verirlər ki, efirlərdə, sosial şəbəkələrdə adımı çəkib, bəstəkarın kim olduğunu deyəcəklər. Lakin efirə çıxan kimi elə bil yaddaşlarını itirirlər. Mahnının müəllifini unudurlar.

Bütün yazarların ən böyük qazancı onun adının hallanmasıdır. Bu problemi mənimlə bərabər bir çox həmkarlarım yaşayır. İnsan həvəsdən düşür. Uzun illərdir eyni məsələ ilə rastlaşıram. Mənim yazdığım mahnılarla uğur və yetərincə məvacib qazanırlar, lakin adımı çəkmədikləri üçün arxa planda qalıram.

Bəstəkarlıq 6-7 ilimi aldı. Amma ifaçılıqla fəaliyyət göstərsəydim, daha çox tanınardım. Bu səbəbdən son zamanlar mahnı yazmağı dayandırmışam. Artıq özüm üçün mahnılar yazacam. Çox az, amma çox keyfiyyətli dinləyicilərim var. Onların illərdir gözlədiyini həyata keçirəcəm”.

Qeyd edək ki, Elçin Könül Kərimova, Günay İbrahimli, Sevil-Sevinc, Damla, Adil Karaca, Xatun və başqaları üçün mahnılar yazıb.