Qarabağdakı işğal İrəvanın ən böyük problemi idi – Çelik

Biz Ermənistanla normallaşma addımlarını izləyirik. Uçuşlar indi başlayır.

Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik deyib.

“Türkiyə-Ermənistan münasibətlərini və Qərb ölkələrini zəhərləməyə çalışan diasporun səyinə Türkiyə güclü mübarizə ilə cavab verdi. Cənab Ərdoğanın baş nazirliyi dövründə protokollar meydana çıxmışdı, lakin o vaxt Ermənistan Konstitusiya Məhkəməsi onları ləğv etmişdi. Ermənistanın ən böyük problemi Qarabağı işğal etməsi idi”, – Çelik bildirib.