Ukraynada “Bayraqdar TB2” zavodu açılacaq

Ərdoğanın səfəri çərçivəsində Ukraynada “Bayraqdar TB2” PUA istehsal edən zavodun yaradılması ilə bağlı müqavilə imzalanacaq.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Bu gün Türkiyə ilə yüksək hərbi texnologiyalar mövzusunda bəzi müqavilələr imzalayacağıq. Bunlardan biri də Ukraynada “Bayraqdar”ların istehsalı ilə bağlı maddədir. Burada təlim mərkəzində pilotlara təlim keçiriləcək”, – deyə Reznikov bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan Ukraynada səfərdədir.