Bakıda dönərxanada PARTLAYIŞ – FOTO

Bakıda dönərxanada partlayış olub.

Zafertv.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib.

Məlumatda bildirilib ki, partlayış baş verən dönərxana Nəriman Nərimanov metrostansiyası yaxınlığında yerləşir. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Hadisə nəticəsində xəsarət alan yoxdur.Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.