Fransa Ukraynaya 200 milyon avro verir

Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi Ukrayna hökumətinə 200 milyon avro kredit, o cümlədən bir milyard avro maliyyə zəmanəti verəcək.

Bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, vəsait Fransa tərəfi ilə razılaşdırılmış konkret layihələrə yönəldiləcək.