Jurnalistin maşınının şüşəsini sındırıb, oğurluq etdilər

Jurnalist İlkin Muradovun maşınının şüşəsini sındırıb oğurluq ediblər.

Axar.az xəbər verir ki, bu barədə o, Feysbukda məlumat yayıb.

Jurnalist iddia edib ki, yaşadığı Sabunçu rayonu Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində narkotik maddə istifadəçiləri onun maşınının şüşəsini sındıraraq maşında olan “pover bank”ı oğurlayıblar.