Meksikada 40 gündə 5-ci jurnalist öldürüldü

Meksikalı jurnalist Hebera Lopez Vaskes Oahaka ştatında güllələnib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, jurnalist avtomobilinə minərkən güllələnib.

Hadisə ilə bağlı iki nəfər saxlanılıb.

Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Meksikada beşinci jurnalist qətlidir.