Polyanski: Qərb Rusiya üzərində qələbəsini elan edə bilər

Qərbin hərbi ritorikası yaxın günlərdə azala bilər, lakin Ukraynaya silahların verilməsi davam edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Mənə elə gəlir ki, bu inflyasiya nə vaxtsa sonlanmalıdır. Biz yəqin ki, yaxın günlərdə qərbli həmkarlarımızın Rusiya üzərindəki qələbə xəbərini, belə desək, bizi dayandırdıqlarını demələrini gözləyə bilərik. Guya onlar Ukraynanı Rusiya hərbi təcavüzündən xilas etdilər və s. Eyni zamanda, təbii ki, Ukraynaya silah göndərməyə davam edəcəklər. Çünki belə vəziyyətlərə hazırlaşmaq lazımdır. Bütün bunlar Hollivud ssenarisi kimi hesablanıb, – o qeyd edib.