ABŞ Ukraynaya 1 milyard dollar təklif edir

ABŞ Ukraynaya ölkədəki islahatları dəstəkləmək üçün 1 milyard dollara qədər suveren kredit zəmanəti təklif edib.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri son illərdə Rusiyanın təzyiqləri qarşısında öz iqtisadiyyatını qorumaq üçün Ukraynaya yardımlar edir.

Qeyd edək ki, 2014-cü ildən 2016-cı ilə qədər ABŞ Ukraynaya üç dəfə 1 milyard dollar suveren kredit zəmanəti verib.