Rayonların ləğvinə dair layihə ilk oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Avrasiya.net xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Adı çəkilən rayonların inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Qanuna dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.