Ermənistanda prezident seçkilərinin tarixi bəlli oldu

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.

Report xəbər verir ki, hakim Mülki Müqavilə Partiyasının adının açıqlamayan nümayəndəsi “Joxovurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sərkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan prezidenti parlamentdə seçilir.