Lənkəranda fəhlə faciəvi şəkildə öldü

Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.

Zafertv.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.